RU

ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib

ABŞ prezidenti Donald Tramp İranda vurulan F-15 qırıcısının ikinci ekipaj üzvünün uğurla xilas edildiyini təsdiqləyib.

 

Trend xəbər verir ki, bu barədə o, "Truth Social" hesabında yazıb.

 

“Biz onu xilas etdik! ABŞ Silahlı Qüvvələri son saatlarda tariximizin ən cəsarətli axtarış-xilasetmə əməliyyatlarından birini həyata keçirdi. Mən böyük məmnuniyyətlə bildirirəm ki, o sağdır”, – deyə Tramp qeyd edib.

 

ABŞ lideri əlavə edib ki, pilot yaralansa da, onun vəziyyəti stabildir və tezliklə sağalacağı gözlənilir.

Избранный
2
3
qaziler.az

5Источники