Şəmkirdə həmkəndlisini öldürməkdə şübhəli bilinən 16 yaşlı yeniyetmə tutulub.
Azreform.info Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində baş verib.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Şəmkir rayon sakini, 19 yaşlı Ramal Quliyevi kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən 16 yaşlı F. Paşazadə saxlanılaraq istintaqa verilib.
Faktla bağlı araşdırmalar davam edir.