RU

Hamı dünya çempionunun bu xoşagəlməz hərəkətindən danışır

Almaniyanın Karlsrue şəhərində keçirilən “Grenke Freestyle Chess Open” turnirində 16-cı dünya çempionu Maqnus Karlsen qəribə hərəkətlə yadda qalıb.

Publika.az xəbər verir ki, ikinci raundda norveçli qazax şahmatçı Alua Nurmanla qarşılaşıb.

Oyundan əvvəl rəqibi Karlsendən selfi çəkdirməsini xahiş edib və o, nəzakətlə razılaşıb. Lakin bundan dərhal sonra ayağa qalxaraq hakimlərə yaxınlaşıb və Nurmanın smartfonunu göstərib.

Hakim yaxınlaşıb və cihazı qazaxıstanlı oyunçudan alıb. Xatırladaq ki, qaydalar şahmat turnirlərində smartfonlardan istifadəni qadağan edir.

Избранный
3
6
publika.az

7Источники