RU

SEPAH: İran səmasında daha bir pilotsuz təyyarə vurulub

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 5 aprel, AZƏRTAC

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran səmasında daha bir MQ-9 hərbi pilotsuz uçuş aparatını (PUA) vurub.

AZƏRTAC xəbər verir ki, bu barədə Fars informasiya agentliyi məlumat yayıb.

Bildirilir ki, PUA İsfahan əyaləti üzərində vurulub. Pilotsuz təyyarənin hansı ölkəyə məxsus olduğu açıqlanmayıb.

Qeyd edək ki, ABŞ və İsrail ilə İran arasında müharibə bu il fevralın 28-də başlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
20
50
azertag.az

10Источники