RU

Husilər İsrailin Ben-Qurion Hava Limanına və daha bir neçə hədəfə hücum ediblər

Husilər Ben-Qurion Hava Limanına və İsrailin cənubundakı bir neçə hərbi hədəfə ballistik raketlər və dronlarla hücum ediblər.

"Report"un məlumatına görə, bunu "Ənsar Allah" hərəkatının silahlı qüvvələrinin nümayəndəsi Yəhya Saria bildirib.

"Bizim silahlı qüvvələrimiz beşinci hərbi əməliyyatını həyata keçirərək Lod Hava Limanına (Ben-Qurion - red.) və İsrailin cənubundakı bir neçə vacib hərbi hədəfə ballistik raket və bir neçə dronla hücum etdilər", - açıqlamada deyilir.

Избранный
21
50
far.az

10Источники