RU

Xorvatiya Xizək Federasiyasının keçmiş rəhbəri İstanbulda həbs edilib

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

Xorvatiya Xizək Federasiyasının (HSS) keçmiş prezidenti Vedran Pavlek İstanbulda ölkəsinin hakimiyyətindən qaçmağa cəhd edərkən həbs edilib.

İdman.Biz-in məlumatına götə, Pavlek federasiya üçün nəzərdə tutulan təxminən 30 milyon avronu mənimsəməkdə, şahidlərə rüşvət verməkdə və təkrar cinayət törətməkdə ittiham olunur.

Şübhəli şəxs Zaqrebdə müvəqqəti həbs qərarının çıxarılacağı məhkəmə iclasında iştirak etməyib. Vedran Türkiyədə Xorvatiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun keçmiş həmkarlarından dördü əvvəllər istintaq altında olub.

Mediada Vedran Pavlekin təxminən 10 milyon avro şəxsi xarici hesablara köçürdüyü və İsveçrə, Monako və Lixtenşteyndəki şirkətlərlə saxta əməliyyatlar apardığı bildirilir. O, ötən ay gözlənilmədən vəzifəsindən istefa verib.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
30
42
icma.az

10Источники