AZ

Futbol federasiyasının keçmiş rəhbəri beynəlxalq axtarışa verilib

Azpost saytına istinadən ain.az xəbər verir.

Konqo Futbol Federasiyasının keçmiş prezidenti Jan-Qi Bleza Mayolasa ölkə rəhbərliyinin müraciəti əsasında beynəlxalq axtarışa verilib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Adı çəkilən keçmiş rəhbər korrupsiya ilə əlaqədar mart ayında qiyabi olaraq ömürlük azadlıqdan məhrum edilib. Mayolas, həyat yoldaşı və oğlu ilə məhkəmə dinləmələrindən bir neçə həftə əvvəl ölkədən qaçıb. Onun Konqo ilə qonşuluqda olan Afrika ölkələrindən birində gizləndiyi güman edilir.

2025-ci ildə FIFA Konqo yığmasını 2026-cı il dünya çempionatının seçmə turnirində iştirakdan kənarlaşdırmışdı, belə ki, icra orqanlarının futbol federasiyasının fəaliyyətinə müdaxiləsi faktı müəyyən edilmişdi. Buna görə, konqolular qarşıdakı mundialda iştirak edə bilməyəcəklər.

Xatırladaq ki, Futbol üzrə Dünya Çempionatı (FİFA 2026) 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
42
azpost.info

10Mənbələr