RU

Bu, İsrailin müharibəsidir, bütün dünyaya təsir edib Qalibaf

ain.az, Axar.az saytına istinadən bildirir.

Davam edən gərginlik İsrailin apardığı müharibədir və bu, təhlükəsizlik üçün region sərhədlərini aşaraq bütün dünyaya təsir göstərib.

Axar.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik sistemindəki itkilər bütün dünyaya təsir edib:

“İran bu qarşıdurmaya hazırlaşıb və müdafiə qabiliyyətini göstərib. İran regiondakı ABŞ bazalarına və maraqlarına qarşı hərəkət etməli olub ki, öz mövcudluğunu qorusun. İran əleyhinə hər hansı yeni eskalasiya qəti və geniş cavabla qarşılanacaq. Regionda sabitliyi qorumaq bütün ölkələrin xeyrinədir və İran üçün sabit təhlükəsizlik prioritetdir. Region ölkələri öz maraqlarını ikitərəfli və çoxtərəfli təhlükəsizlik mexanizmləri vasitəsilə xarici müdaxilə olmadan qoruya bilər. Regiondakı əsas qeyri-sabitlik mənbələri aradan qaldırılmalı və təhlükəsizlik ABŞ və İsrailin iştirakı olmadan təmin edilməlidir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
50
axar.az

10Источники