Avstraliyada 6,0 bal gücündə zəlzələ qeydə alınıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumat yayıb.
Zəlzələnin episentri təxminən 1,2 milyon insanın yaşadığı Adelaida şəhərindən təxminən 1253 kilometr şimal-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə olub.
Dağıntı və ya tələfat barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.
Elvin
Ölkə.az