Globalinfo.az xəbər verir ki, Sərkisyanın sözlərinə görə, Robert Köçaryan komandasının reytinqi onun rəhbərlik etdiyi Respublika Partiyasından daha yüksəkdir. Bununla belə, o, seçkilərdə hansı qüvvəni dəstəkləyəcəklərini hələ açıqlamayıb və tərəfdarların qərarı özlərinin verəcəyini deyib.
O, həmçinin Köçəryanın "Ermənistan" blokunun seçkilərdə uğur qazanmasının ümumi siyasi mühit üçün faydalı olacağını vurğulayıb.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri 7 iyun tarixində keçiriləcək. Seçkilərdə hakim Vətəndaş Müqaviləsi Partiyası (lideri Nikol Paşinyan), Köçəryanın "Ermənistan" bloku və Karapetyanın "Güclü Ermənistan" bloku da daxil olmaqla bir sıra siyasi qüvvələr iştirak etməyi planlaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31