RU

Ərdoğan NATO-nun Türkiyənin hava müdafiəsinə verdiyi dəstəkdən danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rütte ilə telefon danışığı aparıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı həm regional, həm də qlobal hadisələr, eləcə də NATO-nun gündəliyindəki məsələlər müzakirə olunub.

Ərdoğan NATO-nun Türkiyənin hava müdafiəsinə verdiyi dəstəyin alyans daxilində həmrəyliyi açıq şəkildə göstərdiyini qeyd edib.

Türkiyə prezidenti ölkəsinin Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə başa çatdırılması istiqamətində təşəbbüslərini davam etdirdiyini bildirib.

O, 2026-cı il iyulun 7-8-də keçiriləcək NATOnun Ankara Sammitində alyansı gələcək çağırışlara qarşı daha güclü və effektiv edəcək qərarların qəbul olunacağına ümid etdiyini ifadə edib.\\oxu.az

Избранный
22
50
konkret.az

10Источники