Adelet.az saytına istinadən ain.az xəbər verir.
Yeni Günəşlidə avtomobil yolları çox bərbad vəziyyətdədir. Bu da bir çox halda yol-nəqliyyat hadisələrinin baş verməsi üçün münbit şərait yaradır. Üstəlik də bəzi küçələrdə səkilər yoxdur. Belə də olanda piyadalar yolun hərəkət hissəsi ilə gedirlər və onların həyatları üçün böyük təhlükə yaranır.
Təbii ki, belə olanda piyadavurma halları da qaçılmazdır. Nə isə... Bir neçə gün bundan əvvəl Yeni Günəşlidə " Qartal" abidəsinin yanından " Şir" abidəsinə qədər olan avtomobil yolunda əsaslı təmir işləri aparılaraq yeni asvalt örtük salındı. Özü də bu işlər görülərkən həmin istiqamətdə avtomobil axınında tıxaclar yarandı. Belə vəziyyətdə çox vaxt yol polisi nəqliyyat vasitələrinin hərəkətini tənzimləyir.
Təəssüf ki, bu dəfə Suraxanı Rayonu Yol Polisi Şöbəsinin əməkdaşları gözə dəymədilər.Sürücülər həmin günləri çox əziyyət çəkdilər. Axır ki, 10 günlük təmir işlərindən sonra avtomobil yolu istismara verildi. Lap gözəl! Amma Kərpic zavoduna gedən və eləcə də " Ballı" marketin qabağından keçən yollar da yaxşı deyil.Yəni adını çəkdiyimiz yollarında əsaslı təmirə ehtiyac var.Bu vəzifəni isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin icra edir.Biz də təmirə ehtiyacı olan ünvanı göstərdik.İndi qalır aidiyyəti qurumun bu işi həyata keçirməyinə! İnşallah gözləyək görək nə olur???
Emil FAİQOĞLU
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.