RU

Tramp İranı Ormuz boğazı ilə bağlı 48 saatlıq ultimatumla hədələdi

ain.az, Bizimyol saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp on gün əvvəl verdiyi ultimatumun son müddətinin yaxınlaşdığını İran rəhbərliyinə xatırladıb.

Bizimyol.info xəbər verir ki, Tramp "Truth Social" sosial şəbəkə səhifəsində Tehranın diplomatik manevr üçün vaxtının demək olar ki, tükəndiyini sərt şəkildə bildirib.

“İrana on gün verdiyimi xatırlayın: ya razılaşma bağlasınlar, ya da Hörmüz boğazını açsınlar. Vaxt bitir – geriyə 48 saat qalıb, sonra onlara həqiqi cəhənnəm açılacaq,” – deyə Tramp bildirib. Prezident mesajını “Tanrıya şükür!” ifadəsi ilə tamamlayıb və əlavə edib ki, göstərilən müddət bitdikdən sonra İslam Respublikası üçün “cəhənnəm qapıları açılacaq”.

Qeyd edək ki, bundan əvvəl Tehran dəfələrlə boğazı bağlamaq təhdidini beynəlxalq ictimaiyyətə təzyiq vasitəsi kimi istifadə edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
50
bizimyol.info

10Источники