RU

Bakı Tehran xəttində mühüm gəlişmə: Əliyev İrana mesaj verdi

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianın humanitar yardım və dəstəyə görə Azərbaycana təşəkkür etməsinə münasibət bildirib.

“İran İslam Respublikasının Prezidenti, qardaşım Məsud Pezeşkianın Azərbaycan xalqına və dövlətinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik”, – paylaşımda vurğulanıb.

Globalinfo.az-a danışan araşdırmacı jurnalist Elnur Ənvəroğlu deyib ki, bu addımlar birlikdə götürüldükdə ortada kifayət qədər aydın siyasi və diplomatik mesajın olduğunu görə bilərik:

“Məktub mübadiləsi özü münasibətlərin aktiv diplomatik fazada olduğunu göstərir. Bu, hazırkı regiondakı həssas dövrdə qarşılıqlı mövqe aydınlaşdırılması deməkdir. Yəni əlaqələr passiv müşahidə mərhələsində deyil; Azərbaycan Bakı–Tehran qonşuluq əlaqələri çərçivəsindən kənara çıxmır. Tarixən bir-birinə doğma qədər yaxın olan iki dövlət gərgin proseslərdə bir-birinin yanındadır.

Bundan əlavə, Azərbaycan artıq üçüncü humanitar yardım karvanını göndərməklə həm də bir neçə istiqamətdə siyasi mesaj vermiş olur. Azərbaycan tarixi münasibətlərə həmişə hörmətlə yanaşmağı üstün tutur və diplomatiya sahəsində əlaqələrin qorunub saxlanılması istiqamətində addımlar atır. Burada cənublu soydaşlarımızı da nəzərə almalıyıq; onlar bu gün İrandakı proseslərdə risklərlə üz-üzədir.

Elnur Ənvəroğlu

Paralel olaraq əlavə edim ki, Azərbaycan ənənəvi olaraq balanslı xarici siyasət yürüdür və məhz bu addımlar Qərb ilə əməkdaşlığı davam etdirən, eyni zamanda İranla münasibətləri də qoruyub saxlayan bir xəttin davamıdır.

Ümumiyyətlə, İranın daxilində sabitlik Azərbaycanın öz təhlükəsizliyi üçün də vacibdir. Yardım göndərilməsi sərhəd bölgələrində risklərin azaldılmasına və humanitar böhran ehtimalının yumşaldılmasına hesablanan praqmatik məqsədlərə də xidmət edir. Ümid edirik ki, regiondakı eskalasiya tez bir zamanda aradan qalxacaq və vəziyyət öz əvvəlki axarına qayıdacaq”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
38
globalinfo.az

10Источники