RU

Zelenskidən İstanbula gözlənilməz səfər: Ərdoğanla bu məsələləri müzakirə olunacaq

Ukrayna Prezidenti Vladimir Zelenski şənbə günü türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün İstanbulda səfər edib.

Ölkə.az xəbər verir ki, bunu Zelenskinin mətbuat katibi Sergey Nikiforov deyib. 
"Prezident Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq üçün İstanbula gəlib".

Ukraynanın yüksək vəzifəli rəsmisi AFP-yə bildirib ki, danışıqlar təhlükəsizlik sahəsində əməkdaşlığa yönələcək.

Prezidentin Kommunikasiya Direktoru Burhanəddin Duran görüşlə bağlı açıqlama verərək deyib: "Ukrayna Prezidenti Vladimir Zelenski 4 aprel 2026-cı ildə ölkəmizə işgüzar səfər edəcək. İstanbulda keçiriləcək görüşlərdə Ukrayna ilə ikitərəfli gündəmimizdəki məsələlərin, regional hadisələrin, xüsusilə də İstanbul Prosesi kontekstində atəşkəs və davamlı həll yoluna yönəlmiş səylərin müzakirəsi gözlənilir".

Mürtəza

Избранный
26
27
olke.az

10Источники