RU

“Çox yaxşı dost olmalıydıq, səhvən evləndik”

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyənin “Yabancı Damat” serialında canlandırdığı “Nazlı” obrazı ilə məşhurlaşan Nehir Ərdoğan diqqətçəkən açıqlaması ilə gündəmə gəlib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, rejissor Ahmet Sesigürgillə iki illik evliliyindən də danışılan məşhur aktrisa qonaq olduğu proqramda etdiyi etirafla hər kəsi təəccübləndirib.

“Çox yaxşı dost olmalıydıq, səhvən evləndik”, - aktrisa bildirib.

Qeyd edək ki, Nehir Ərdoğan “Silsile” filminin çəkiliş meydançasında tanış olduğu kinooperator Ahmet Sesigürgillə ani bir qərarla evlənib. Tanış olduqdan 6 ay sonra evlənən cütlük evləndikdən sonra Fransada məskunlaşıb. Ərinin Türkiyəyə qayıtma qərarına qəzəblənən aktrisa dekabrda boşanmaq üçün məhkəməyə müraciət edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
42
qafqazinfo.az

10Источники