RU

İtaliyanı böhrandan kim çıxaracaq? 3 namizəddən biri Montelladı!

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Bosniya və Herseqovinaya penaltilər seriyasında məğlub olaraq böyük bir fiasko yaşayan və ardıcıl 3-cü dəfə mundialdan kənar qalan İtaliyada yeni məşqçinin axtarışlarına start verilib. Məlum olduğu kimi son uğursuzluğun ardından federasiya rəhbəri Qabriel Qravina, yığma komandanın direktoru Canluici Buffon və baş məşqçi Cennaro Qattuzo istefa verməli oldu. Yəni italyanlar hər şeyə sıfırdan başlamaq niyyətindədilər. Bunun üçün isə ilk növbədə yaxşı məşqçi lazımdı. Məşhur ''Tuttosport'' saytının bununla bağlı apardığı analizdə 3 məşqçi ön plana çıxıb. Maraqlıdı ki, bunlardan biri Türkiyə yığmasını 24 ildən sonra mundiala daşıyan Vinçentso Montelladı. Yazıda Montella və Karlo Ançelotti İtaliyanı bu böhrandan çıxarmağa və yeni səviyyəyə yüksəltməyə qadir olan əsas məşqçilər kimi göstərilib. Digər mütəxəssis isə Massimiliano Alleqridi. Ancaq Montella Türkiyənin, Ançelotti isə Braziliyanın başında DÇ-2026-da yer alacaq. Ona görə də bu məşqçilər ən yaxşı halda mundialdan sonra ''skuadra adzurra''nı başına keçə bilərlər. Hərçənd indi bu haqda heç bir söhbət yoxdu. Elə ''Milan''la anlaşması davam edən Alleqri variantının da baş tutacağı inandırıcı görsənmir. Bu arada tanınmış italiyalı jurnalist və insayder Canluka Di Martsio bu mövzu haqda danışarkən bunları deyib: ''Şəxsən mən Türkiyənin başında çox mühüm işlər görən Vinçentso Montellanın yığmamızın yeni baş məşqçisi olmasını böyük məmnuniyyətlə qarşılayardım''.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
6
icma.az

10Источники