RU

Yeni sədr qaynını özünə müşavir təyin etdi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni təyinat olub.

News365.az məlumat verir ki, bununla bağlı AAYDA-nın idarə heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.

Əmrə əsasən, Məmmədəliyev Mahmud Məmməd oğlu AAYDA-nın idarə heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib. O, bu təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri olub.

Müşavir təyin edilən M.Məmmədəliyev AAYDA sədri Vüsal Nəsirlinin qaynıdır. Qeyd edək ki, Vüsal Nəsirli təxminən 2 ay əvvəl - 6 fevral 2026-cı ildə AAYDA-nın rəhbəri təyin olunub.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, Mahmud Məmmədəliyev Vüsal Nəsirlinin məhz əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olduğu vaxtda, 2019-cu ildə ƏƏSMN-də şöbə müdiri vəzifəsinə təyin edilmişdi.("Unikal.az")

Избранный
11
13
news365.az

10Источники