AZ

AAYDA da yeni TƏYİNAT Vüsal Nəsirli əmr imzaladı

ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni təyinat olub.

"Ölkə.az" "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.

Əmrə əsasən, Mahmud Məmməd oğlu Məmmədəliyev AAYDA-nın İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib.

O, bu təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri olub

Müşavir təyin edilən M.Məmmədəliyev AAYDA sədri Vüsal Nəsirlinin yaxın kadrı kimi tanınır.

Maraqlı məqam ondan ibarətdir ki, Mahmud Məmmədəliyev Vüsal Nəsirlinin məhz əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olduğu vaxtda, 2019-cu ildə ƏƏSMN-də şöbə müdiri vəzifəsinə təyin edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
11
olke.az

10Mənbələr