19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən aprelin 9-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.
Hafta.az xəbər verir ki, U-19 aprelin 11-dən 17-dək Xorvatiyada Avropa çempionatının seçmə mərhələsinin II raundunda mübarizə aparacaq. Yığma B Liqasının 6-cı qrupunda Xorvatiya, Çexiya və Gürcüstanla qarşılaşacaq.
U-19-a dəvət edilən futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq: Nərgiz Ağaliyeva,Yelizaveta Vaysman, Arzu Cəfərova, Mədinə Qədiməliyeva, Arzu Ağaliyeva, Bədriyyə Mavludova ( hamısı Şəfa), Firuzə Bayramova, Vahidə Əlipaşayeva ( hər ikisi "Dirçəliş"), Mədinə Curuqova, Xanım Əsədova, Məsumə Nəzərli, Ayşən Salamzadə ( hamısı "Neftçi"), Səma Əsədova, Aygün Novruzova, Aysu Əsədova ( hamısı "Sabah"), Ülviyyə İslamova ("Baku Juniors"), Pərişan Abdullayeva, Ayan Abdiyeva (hər ikisi "Liman")
11 aprel
14:00. Xorvatiya (U-19, qadınlar) – Azərbaycan (U-19, qadınlar)
Baş hakim: Henrikke Nervik (Norveç)
Baş hakimin köməkçiləri: Line Katrine Nimoen (Norveç), Jasmin Matisiak (Almaniya)
Dördüncü hakim: Angelika Soeder (Almaniya)
Karlovaç, “Branko Çavloviç-Çavlek” stadionu
14 aprel
16:00. Çexiya (U-19, qadınlar) – Azərbaycan (U-19, qadınlar)
Baş hakim: Eqlantina Pyetruşay (Albaniya)
Baş hakimin köməkçiləri: Paola Şayl (Albaniya), Iva Yaniç (Xorvatiya)
Dördüncü hakim: Martina Matiyeviç (Xorvatiya)
Luçko stadionu
17 aprel
14:00. Azərbaycan (U-19, qadınlar) – Gürcüstan (U-19, qadınlar)
Baş hakim: Henrikke Nervik (Norveç)
Baş hakimin köməkçiləri: Line Katrine Nimoen (Norveç), Iva Yaniç (Xorvatiya)
Dördüncü hakim: Martina Matiyeviç (Xorvatiya)
Luçko stadionu