AZ

Millimizin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti

style='margin-bottom:10px;'>

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən aprelin 9-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.

QOL.az xəbər verir ki, U-19 aprelin 11-dən 17-dək Xorvatiyada Avropa çempionatının seçmə mərhələsinin II raundunda mübarizə aparacaq. Millimiz B Liqasının 6-cı qrupunda Xorvatiya, Çexiya və Gürcüstanla qarşılaşacaq.

U-19-a dəvət edilən futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq:
 
Qapıçılar: Nərgiz Ağaliyeva, Firuzə Bayramova

Yarımmüdafiəçilər: Vahidə Əlipaşayeva, Mədinə Curuqova, Səma Əsədova, Ülviyyə İslamova, Mədinə Qədiməliyeva, Ayşən Salamzadə, Arzu Ağaliyeva, Bədriyyə Mavludova

Müdafiəçilər: Arzu Cəfərova, Yelizaveta Vaysman, Pərişan Abdullayeva, Aygün Novruzova, Aysu Əsədova, Ayan Abdiyeva, Məsumə Nəzərli

Hücumçular: Xanım Əsədova
 
11 aprel
 
14:00. Xorvatiya (U-19, Qadınlar) – Azərbaycan (U-19, Qadınlar)

Karlovaç, “Branko Çavloviç-Çavlek” stadionu
 
14 aprel

16:00. Çexiya (U-19, Qadınlar) – Azərbaycan (U-19, Qadınlar)
Luçko stadionu
 
17 aprel
 
14:00. Azərbaycan (U-19, Qadınlar) – Gürcüstan (U-19, Qadınlar)

Luçko stadionu

Seçilən
4
24
teleqraf.com

10Mənbələr