RU

ABŞ və İsrail İrana hücumu davam etdirir - neft-kimya şirkətləri bombalanır...



ABŞ-İsrail İrana hücumu davam etdirir. ABŞ-İsrail hücumu nəticəsində İraq və İran arasında Şalamçeh sərhəd keçid məntəqəsinə bir nəfər həlak olub, beş nəfər yaralanıb.

İRNA xəbər agentliyi ABŞ-İsrail hücumlarının Xuzistan əyalətində neft-kimya şirkətləri olan sənaye ərazilərinə etdiyi hücumlarda beş nəfərin yaralandığını bildirib.

İranın qərbindəki İlam əyalətində isə ABŞ-İsrailin quşçuluq fermasını və kimyəvi gübrə anbarını hədəf aldığı bildirilir. Hədəf ərazilərə ziyan dəysə də, heç bir itki və ya xəsarət alan olmayıb.

ABŞ-İsrail raket zərbələri nəticəsində İranın Qum şəhərinin kənd ərazisində iki yerə hücum edilib. Qum qubernatorluğunun açıqlamasına görə, raket zərbələrində heç bir itki qeydə alınmayıb.

Hormozqan əyalətindəki sement zavodunun da hədəf alındığı bildirilir. Hücum dronlardan istifadə edilərək həyata keçirilib və heç bir itki qeydə alınmayıb.

İranın qərbindəki Kirmanşah əyalətində yaşayış ərazilərinə hücum nəticəsində isə üç nəfərin öldüyü bildirilir.

Tahir TAĞIYEV

Избранный
16
50
baki-xeber.com

10Источники