RU

Kadi Borges “Qarabağ”da 40-cı qolunu vurdu – ARENA.AZ

Azərbaycan çempionu “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Kadi Borges Ağdam təmsilçisinin heyətində 40-cı qolunu vurub.

Arena.az xəbər verir ki, o, Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümünün final mərhələsinin “Sabah”la qarşılaşmasında (2:2) dubl müəllifi olub.

Kadi bununla da Ağdam klubunun heyətində keçirdiyi 123-cü matçda qol sayını “40”a çatdırıb.

Cənubi amerikalı Premyer Liqada 24 (70 oyunda), Azərbaycan Kubokunda 6 (14 oyunda), avrokuboklarda 10 (39 oyunda) qola imza atıb. Kadi “Qarabağ”ın tarixində 40 və daha çox qol vurmuş 18-ci futbolçudur.

Xatırladaq ki, Kadi Borges “Qarabağ”da ilk qolunu 2021-ci il avqustun 12-də Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin AEL (Kipr) ilə ev oyununda vurub. Braziliyalı futbolçu Ağdam klubunun heyətində bütövlükdə 123 oyun keçirib, 40 qol vurub, 41 məhsuldar ötürmə müəllifi olub. O, “Krasnodar”, “Vilafrakense”, “Koritiba”, “Ferentsvaroş”, “Eştoril” və “Londrina” kimi klubların da formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
5
34
arena.az

10Источники