RU

Sarkisyan Ermənistanda seçkilərdə iştirak etməyəcək

Bakı.Trend:

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyiRespublika Partiyası Ermənistanda 7 iyun 2026-cı il tarixinəplanlaşdırılan parlament seçkilərində iştirak etməyəcək.

Trend ErmənistanKİV-ə istinadən xəbər verir ki, bu barədə Sarkisyanın özüjurnalistlərə məlumat verib.

O bildirib ki, partiyanın kimə dəstək verəcəyini qurultayda elanedəcək. O, həmçinin qeyd edib ki, Respublika Partiyası bütünmüxalif qüvvələri dəstəkləyir.

Bundan əvvəl erməni KİV-ləri yazırdı ki, “Daşnaksütyun”partiyası qarşıdan gələn parlament seçkilərində Ermənistanın keçmişprezidenti Robert Koçaryan ilə blok şəklində iştirak edəcək.

Koçaryan ötən ilin 7 oktyabr tarixində bildirmişdi ki, onunkomandası parlament seçkilərində iştirak edəcək. Daha sonra KİV-lərxəbər vermişdi ki, o, 30 noyabr tarixində tərəfdarları ilə görüşdə“Ermənistan” müxalif blokunun siyahısına rəhbərlik etməyə hazırolduğunu göstərib və bölgələrdə işin fəallaşdırılmasınaçağırıb.

Избранный
10
36
az.trend.az

10Источники