RU

Hindistan ödəniş problemləri səbəbindən İran tankerinin kursunu dəyişməsi barədə məlumatları təkzib etdib

BAKI, 4 aprel. TELEQRAF

Hindistanın Neft və Təbii Qaz Nazirliyi İran neftini daşıyan "Ping Shun" tankerinin ödəniş problemləri səbəbindən Çinə yönləndirilməsi ilə bağlı məlumatları təkzib edib.

Teleqraf xəbər verir ki, nazirlik bu barədə sosial media hesabında açıqlama yayıb.

Agentlik bildirib ki, Hindistanın Vadinar limanına gedən İran neftinin Çinə yönləndirilməsi ilə bağlı xəbərlər və sosial media paylaşımları faktiki olaraq yanlışdır:

"Hindistan 40-dan çox ölkədən neft idxal edir və şirkətlər neft alışı üçün mənbələrini və regionlarını seçməkdə tam sərbəstdilər".

Nazirlikdən vurğulanıb ki, Yaxın Şərqdən tədarükün kəsilməsi fonunda Hindistanın neft emalı zavodları İrandan idxal edilən neft ilə ehtiyaclarını ödəyiblər.

Qeyd edək ki, "The Times of India" qəzeti 600.000 barel İran neftini daşıyan xarici bayraqlı tankerin aprelin 4-də Hindistanın "Vadinar" limanına doğru hərəkət etdiyini yazmışdı.

Избранный
26
20
teleqraf.com

10Источники