AZ

Hindistan ABŞ sanksiyalarını aşaraq İran neftinin idxalını yenidən bərpa etdi

Hindistan Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi fonunda yeddi ildən sonra ilk dəfə İran neftinin idxalını bərpa edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Reuters Hindistanın Neft və Təbii Qaz Nazirliyinə istinadən yayıb.

Məlumata görə, İran neftinin Hindistana tədarükü 2019-cu ilin mayından bəri dayanmışdı.

İndi isə Hindistan tərəfi bildirib ki, ölkənin neft emalı zavodları özlərini lazım olan həcmdə xam neftlə, o cümlədən İrandan təmin edib və ödənişlə bağlı problem yaranmayıb.

Reuters-in daha əvvəl yaydığı xəbərə əsasən, Hindistanın Reliance Industries şirkəti ötən həftə ABŞ-ın müvəqqəti sanksiya güzəştindən sonra 5 milyon barel İran nefti alıb.

Həmin güzəşt, əsasən, artıq dənizdə olan İran neftinin müəyyən müddətdə boşaldılmasına imkan verirdi.

Bizim.Media

Seçilən
9
26
bizim.media

10Mənbələr