RU

“Birincilərin birincisi” MİT-ə qəbul olundu

Beynəlxalq olimpiada qalibi Selcan Süleymanlı dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub.

Aznews.az xəbər verir ki, universitetin Qəbul Komissiyası tərəfindən göndərilən rəsmi məktubda onun yüksək akademik və şəxsi nailiyyətləri xüsusi vurğulanır və Selcanın MIT üçün uyğun namizədlərdən biri olduğu qeyd edilir.

Selcan Süleymanlı əldə etdiyi uğurlarla son illərdə Azərbaycanı beynəlxalq elmi arenada layiqincə təmsil edib. O, Respublika fənn olimpiadalarında dəfələrlə yüksək nəticələr göstərib. 2022-ci ildə RFO-nun bürünc, 2023 və 2024-cü illərdə qızıl, 2025-ci ildə isə gümüş medalçısı olub.

Избранный
47
aznews.az

1Источники