Türkiyənin Van vilayətinin Tuşba rayonunda 5,2 maqnitudalı zəlzələ baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd edilib ki, zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.