RU

Bu ölkədə yenidən güclü zəlzələ oldu

İndoneziya sahillərində 5.9 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az-ın xəbərinə görə, mərkəzdən verilən məlumata görə, zəlzələnin episentri təxminən 451 000 nəfərin yaşadığı Manado şəhərindən (Şimali Sulavesi əyaləti) 142 kilometr şərqdə, ocağı isə 49 kilometr dərinlikdə yerləşib. Heç bir itki və ya dağıntı barədə məlumat verilməyib.

Sunami təhlükəsi elan olunmayıb.

Xatırladaq ki, aprelin 2-də İndoneziyada 7.4 maqnitudalı zəlzələ baş vermişdi.

Milli.Az

Избранный
30
1
milli.az

2Источники