RU

Tehranın şimalında partlayışlar baş verib

Tehranın şimalındakı dağlıq Kolakçal bölgəsində bir neçə partlayış baş verib.

Bu barədə Əl-Hadat telekanalı məlumat yayıb.

Hadisənin təfərrüatları hələlik açıqlanmayıb. İran rəsmiləri sözügedən məlumatı şərh etməyiblər.

Eyni zamanda, beynəlxalq media və şahidlər paytaxtda bir neçə güclü partlayış səsinin eşidildiyini və hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyini bildirir.

AzPost.az

Избранный
29
22
azpost.info

10Источники