RU

Prezidentdən İran açıqlaması: Yanında olmağa davam edəcəyik

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Prezident İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianın Azərbaycana təşəkkür etməsinə münasibət bildirib.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin sosial media hesabında paylaşım edilib.

"İran İslam Respublikasının Prezidenti, qardaşım Prezident Məsud Pezeşkianın Azərbaycan xalqına və dövlətinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik", - paylaşımda vurğulanıb.

Qeyd edək ki, M. Pezeşkian aprelin 3-də X sosial media hesabında etdiyi paylaşımda Azərbaycan hökumətinin və xalqının İrana göstərdiyi rəğbət və dəstəyi yüksək qiymətləndirdiyini vurğulayıb.

Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
21
axar.az

10Источники