"İran İslam Respublikasının Prezidenti, qardaşım Prezident Məsud Pezeşkianın Azərbaycan xalqına və dövlətinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir".
Adalet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev X sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.
"Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik", - Azərbaycan Prezidenti əlavə edib.