RU

Sürücülər köhnə maşınlara qayıdır – yeni modellər geridə qalır

Rusiyada təkrar avtomobil bazarında son 12 ayda avtomobil parkının qocalması meyli daha da güclənib.

Musavat.com xəbər verir ki, ekspertlərin məlumatına görə, satışa çıxarılan minik avtomobillərinin böyük hissəsini artıq 10 ildən çox yaşı olan nəqliyyat vasitələri təşkil edir.

Araşdırmada bildirilir ki, ikinci əl bazarında təkliflərin dörddə birindən çoxu 10-14 il yaşı olan avtomobillərin payına düşür. Demək olar ki, eyni həcmdə payı isə 15-19 il yaşı olan maşınlar tutur.

Ümumilikdə, son bir ildə Rusiyada avtomobillərin orta yaşı 14 ilə yüksəlib. Eyni zamanda, orta yürüş göstəricisi də artaraq 169 min kilometrdən 177 min kilometrə çatıb.

Satış elanlarında üstünlük yenə də Avropa, Cənubi Koreya və Yaponiya istehsalı olan avtomobillərdə qalır. Məlumata görə, bütün təkliflərin 70 faizindən çoxunu məhz bu ölkələrin avtomobilləri təşkil edir.

Çin avtomobillərinin ümumi bazardakı payı isə son bir ildə cəmi 3 faizdən 4 faizə yüksəlib. Bununla belə, daha yeni — 3-4 illik avtomobillər seqmentində Çin markalarının artımı daha nəzərəçarpan olub. Bu kateqoriyada onların satış payı 8 faizdən 16 faizə yüksəlib.

 

Musavat.com

Избранный
75
musavat.com

1Источники