RU

Abşeron Rayon İcra Hakimiyyəti: “Masazırda sözügedən göl ətrafındakı ərazilər yaşayış tikintisi üçün uyğun hesab olunmur”

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Masazır qəsəbəsinin 2010–2025-ci illər ərzində əhali artımı və məskunlaşma sıxlığını əks etdirən görüntülər Facebook sosial şəbəkəsində paylaşılıb. Bu görüntülər ərazidə sürətli urbanizasiya prosesini aydın şəkildə göstərir. Həmçinin geniş çöl və əkin sahələri, yarımsəhra landşaftı, həmçinin xırda göllər müşahidə olunur. Eyni zamanda ərazidə yerləşən Keyrəki aktiv vulkanının da olduğu görünür.Həmin ərazidə yaşayış evlərinin tikilməsi təhlükəsizlik baxımından nə dərəcədə məqsədəuyğundur?

Yaranan suala cavab tapmaq üçün Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info portalının sorğusuna cavab olaraq bildirilib ki, Abşeron yarımadasında göllərin quruması iqlim dəyişiklikləri və insan fəaliyyətinin birgə təsiri ilə bağlıdır: “Son illərdə qlobal şəkildə yağıntıların azalması və temperaturun artması nəticəsində buxarlanma güclənmiş, göllərin su ehtiyatları azalmışdır.

Eyni zamanda yeraltı suların intensiv istifadəsi (artezian quyuları və məişət tələbatı) göllərin əsas qidalanma mənbələrini zəiflədir. Urbanizasiya və torpaq örtüyünün dəyişməsi isə yağış sularının torpağa hopmasını məhdudlaşdırır və təbii su balansını pozur.

Nəticədə göllərdə su səviyyəsi aşağı düşür, şoranlaşma artır və ekosistem tədricən deqradasiyaya uğrayır.

Problemin qarşısını almaq üçün su ehtiyatlarının düzgün idarə olunması, yeraltı sulara nəzarət və ekoloji planlaşdırma tədbirləri vacibdir.

Masazırda sözügedən göl ətrafında məskunlaşma uzun illər bundan əvvəl getmişdir. Bu ərazilər hidroloji baxımdan qeyri-sabit zonalardır və yaşayış tikintisi üçün uyğun hesab olunmur. Söhbət keçmiş göl yataqlarından və su balansı dəyişkən olan sahələrdən gedir. Belə yerlərdə həm su basma, həm də torpaq çökməsi riski mövcuddur və bu risklər əvvəlcədən məlumdur. Buna baxmayaraq tikinti aparılması, gələcəkdə problemlərin qaçılmaz olacağını deməkdir. Abşeron RİH müvafiq Əsasnaməyə uyğun olaraq mütəmadi olaraq monitorinqlər və nəzarət tədbirləri həyata keçirir. Uzunmüddətli perspektivdə bu cür qərarlar həm sakinlər, həm də infrastruktur üçün ciddi təhlükə yaradır”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
46
icma.az

1Источники