Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsi start götürüb. SİA xəbər verir ki, ilk oyunların hər ikisi eyni gündə keçirilib.Əvvəlcə "Turan Tovuz" "Zirə" ilə üz-üzə gəlib. Görüşdə "Zirə" 2:0 hesablı qələbə qazanıb. 1/4 finalda Tovuz təmsilçisi "Kəpəz"i, Bakı klubu "Sumqayıt"ı mübarizədən kənarlaşdırmışdı.
Günün daha bir maraqla gözlənilən oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib. Burada Azərbaycan kubokunun səkkizqat qalibi "Qarabağ" turnirin son çempionu "Sabah"ı qəbul edib. Matç 2:2 hesabı ilə yekunlaşıb. 1/4 finalda Ağdam təmsilçisi "Şamaxı", paytaxt klubu isə "Qəbələ" səddini aşıb. Bu cütlər arasında cavab qarşılaşmaları 21 və 22 aprel tarixlərində oynanılacaq.
Mətləb