RU

Minifutbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşdi

Bakı Tennis Akademiyasında keçirilən Minifutbol üzrə Azərbaycan çempionatında final mərhələsinin oyunları başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, final matçında “Zirə” komandası “Birbaşa Bakı” üzərində 4:1 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olub və qızıl medala sahib çıxıb.

Üçüncü yer uğrunda keçirilən qarşılaşmada isə “Aznur” komandası “Sumqayıt”ı 6:4 hesabı ilə məğlub edərək bürünc medalı əldə edib. Beləliklə, çempionatın yekun nəticələrinə görə, “Zirə” qızıl, “Birbaşa Bakı” gümüş, “Aznur” isə bürünc medala layiq görülüb.

Избранный
36
90deqiqe.az

1Источники