RU

Bakı Kristal Zalında "Baku Open" Beynəlxalq Şahmat Festivalı keçiriləcək

Azərbaycan Şahmat Federasiyası (AŞF) və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə növbəti "Baku Open" Beynəlxalq Şahmat Festivalı keçiriləcək.

AŞF-dən 90deqiqe.Az-a bildirilib ki, mötəbər turnir aprelin 28-dən mayın 6-dək Bakı Kristal Zalında təşkil olunacaq.

Festival üç qrupda (A, B, C) İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla keçiriləcək. Yarış çərçivəsində eyni zamanda veteranlar arasında Azərbaycan çempionatı da baş tutacaq.

Qeyd edək ki, "Baku Open"in mükafat fondu 50 000 ABŞ dolları təşkil edir. Turnirin açılış mərasimi aprelin 28-nə planlaşdırılıb.

Избранный
13
7
90deqiqe.az

10Источники