Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkilməsi ölkə əhəmiyyətli memarlıq abidəsinə qarşı törədilmiş ciddi vandalizm aktı kimi qiymətləndirilir. Abidəyə dəyən ziyanın miqdarı və hüquqi məsuliyyət tədbirləri istiqamətində araşdırmalar davam etdirilir.
Xatırladaq ki, Aprelin 1-dən 2-nə keçən gecə baş verən hadisə, Nizami Kino Mərkəzinin fasadına yazılan söz və təsvirlərlə ictimaiyyətin diqqətini cəlb edib.
Memar Cahid Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu hadisə cəmiyyətdə birmənalı qarşılanmır.
memar Cahid Həsənov
“Avropa ölkələrində bu üsluba, küçə rəssamlığı deyilir. Paytaxtda, turizm üçün önəmli mərkəzi prospektdə və tarixi memarlıq abidələrinin fasadlarında bu cür janra şərait yaradıla bilməz. Kim nə istədi çəksin, doğru deyil” – deyə memar qeyd edib.
“Açıq məkan reklamlarına nəzarət edən Azərbaycan Dövlət Reklam Agentliyi tərəfindən kafelər, geyim, içki, spirtsiz içkilərin bir neçəsində cəmiyyətə bununla bağlı qaydalar çatdırılmalıdır. Qeyd edilməlidir ki, tarixi binaların üzərində hər hansı bir janrda rəsm çəkilməsi, elanların, ev alqı-satqı, kirayə ev elanlarının yapışdırılmasına icazə yoxdur. Bu qaydanı pozanlar ciddi cərimə edilir. Bu məsələdə maariflənməmiş rəssamlar, bu sahənin sənətkarları gedib kortəbii çəkib, cəzalanıblar. Bilməyiblər. Bununla bağlı həm maarifləndirmə aparılmalıdır, həm də xüsusi yerlər ayrılmalıdır. Məsələn; ayda bir dəfə bu janr rəssamları gəlsin, əsərlərini çəksin, televiziya və saytlar göstərsin. Olsun bu. Lakin Mikayıl Hüseynov kimi xalq memarı, Dövlət mükafatı laureatının şah əsəri olan yerdə, inzibati binalarda və yaxud hansısa milli üslubda, tarixi binanın fasadında birinci mərtəbəsində və yaxud da ki, hansısa bir dövlət idarəsinin yan fasadında belə əsərlərin çəkilməsi yolverilməzdir. Şəhərin ümumi estetik tərtibatına tam şəkildə ciddi xələl gələ bilər” – deyən Cahid Həsənov hesab edir ki, ADRA tərəfindən müəyyən ərazilər ayrılmalıdır.
İradə Cəlil, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.