RU

Mbappe o oyundan sonra yığma karyerasını bitirmək istəyibmiş

ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

''Real''ın superulduzu Kilian Mbappe son etirafı ilə diqqət çəkib. ''The Bridge'' nəşrinə acıqlamalar verən ünlü forvard AÇ-2020-də İsveçrə ilə oyunun ardından yığma karyerasını bitirmək istədiyini etiraf edib. Həmin vaxt fransızlar son dünya çempionu statusunda idilər və 1/8 finalda İsveçrəyə oyunsonrası penaltilər seriyasında uduzaraq sürpriz şəkildə mübarizəni dayandırmalı oldular. Həmin vaxt penaltini vura bilməyənlərdən biri də məhz Mbappe idi. 27 yaşlı futbolçu bunları deyib:

''Bəli, məhz həmin anda yığma karyeramı bitirmək istədim. Çünki Fransa həyatımda çox mühüm bir yer tutduğu halda insanlar penalti qaçırdığıma görə məni ''meymun'' adlandırmağa və təhqiramiz ifadələr işlətməyə başladılar. O an özümə sual verdim ki, meydanda uğrunda mübarizə apardığım insanlar həqiqətən də bunlardımı? Turnirdən sonra yaşayan bir ölü kimi idim. Ondan öncə mümkün olan ən yüksək zirvəyə qalxmışdım. Çünki Fransa ilə ilk turnirimdə 2018-ci ildə dünya çempionu olmuşdum. Çox gənc idim və ölkədə sanki bir qəhrəman elan edilmişdim. Amma sonradan bu, əks effekt verərək mənim üzümə çırpılmağa başladı. Çətin günlər idi. Fransa Futbol Federasiyası prezidentinin ofisinə gedərək artıq yığma komandada oynamaq istəmədiyimi dedim. O isə mənə ''düşünürsən ki, bu cür asanlıqla sənin bu otaqdan çıxmağına icazə verəcəm?'' cavabını verdi".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
1
icma.az

2Источники