RU

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub

Aprelin 3-də Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub.

Bakıvaxtı.az xəbər verir ki, infoturda elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, nazirliyin aidiyyəti struktur bölməsinin və Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, media qurumlarının rəhbərləri, təhsil mütəxəssisləri, jurnalist və blogerlər, eləcə də digər qonaqlar iştirak ediblər.

    İnfoturun məqsədi peşə təhsili sahəsində həyata keçirilən yeniliklərin, regionlarda müasir tədris imkanlarının və peşə təhsili alan tələbələr üçün yaradılmış şəraitin ictimaiyyətə daha geniş təqdim edilməsi, eləcə də peşə təhsilinin təşviqi, bu sahəyə marağın artırılmasından ibarətdir.

    İnfotur çərçivəsində iştirakçılar mərkəzdə yaradılmış maddi-texniki baza, tədris emalatxanaları və laboratoriyalarla tanış olublar. Bu çərçivədə tələbələrin qazandıqları bacarıqlar, onların real iş mühitinə hazırlanması və peşə təhsilinin tətbiq yönümlü xarakteri əyani şəkildə nümayiş etdirilib.

    Qeyd edilib ki, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi də regional inkişaf proqramından irəli gələrək bölgədə gənclərin peşə bacarıqlarına yiyələnməsinə yeni imkanlar yaradır. Ən müasir infrastruktur, maddi-texniki baza ilə təchiz olunan Mərkəzin ərazisində 25 sinif otağı, 3 laboratoriya, 13 emalatxana, informatika kabineti, STEAM Mərkəzi, praktiki məşğələ otağı, kitabxana, 252 yerlik akt zalı, 128 yerlik yeməkxana, idman zalları və meydançaları, avtotəmir binası, maldarlıq ferması və digər köməkçi binalar yerləşir.

    Əlavə edilib ki, Peşə Təhsil Mərkəzində qənnadıçı, şirniyyatçı, dərzi, kompüterlərin təmiri və xidməti üzrə texnik, mühasibat uçotu, qrafik dizayner, veb-dizayn və proqram təminatı, çilingər-santexnik, geniş profilli traktorçu-maşinist, elektrik montyoru, bərbər-vizajist-manikürçü, avtomobillərin təmiri çilingəri, avtomobil sürücüsü, mebel ustası istiqamətləri üzrə mütəxəssis hazırlığı aparılır. Müəssisədə kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer, bitkiçilik, heyvandarlıq və baytarlıq üzrə mütəxəssislər də hazırlanır.

    İnfotur zamanı iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

    Избранный
    31
    10
    bakivaxti.az

    10Источники