Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Dünən tanınmış yazıçı Seyran Səxavətin Azərbaycan Dövlət Filarmoniyasında keçirilən 80 illik yubiley tədbiri zamanı izdiham yaşanıb.
“Cebheinfo.az” xəbər verir ki, tədbirə maraq gözləniləndən çox olub.
“Açıq qapı” prinsipi ilə təşkil edilən yubiley gecəsində zal tam dolub, hətta yerlər çatışmadığı üçün tamaşaçılar divar kənarlarında, lojaların arxasında dayanmalı olublar.
Filarmoniyaya daxil ola bilməyən çoxsaylı vətəndaş isə çöldə gözləmək məcburiyyətində qalıb. İzdihamın artması səbəbindən təhlükəsizlik tədbirləri görülüb və əraziyə polis əməkdaşları cəlb olunub.
Toplantıya daxil olmaq istəyən bəzi vətəndaşlar Filarmoniyanın arxa girişindən içəri keçməyə cəhd göstəriblər.
Gecə boyunca müxtəlif çıxışlar və musiqi nömrələri təqdim edilib, yazıçının yaradıcılığına həsr olunmuş fikirlər səsləndirilib.
Tədbir bir neçə saat davam edib və böyük maraqla qarşılanıb. Qeyd edək ki, Seyran Səxavət müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri hesab olunur.
Yubileydən fotoları təqdim edirik:






Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.