RU

Ayaz İmanov: Nizami Kino Mərkəzinin görkəminə zərər vuran hərəkət vəhşilikdir

Nizami Kino Mərkəzinin divarlarına yazılanlar Bakının estetikasına və tarixi görkəminə sadəcə zərər vurur, həmin yazılarda nə bir məna, nə də bədii estetika var.

Bunu "Far.Az"a açıqlamasında Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Memarlıq və dizayn kafedrasının dosenti Ayaz İmanov bildirib.

Onun sözlərinə görə, paytaxtın tarixi görkəminə zərər vuran bu hərəkətləri ancaq "vəhşilik" adlandırmaq olar: "Xaricdə divarlara çəkilən qrafitlərdə ən azından bir məna, bədii yük olur. Burada isə mən nə bir məna, nə estetika, nə də gözəllik gördüm. Bu, sadəcə şəhərin görünüşünü korlamaqdır. Bunu edənlər millətin düşmənidir, ancaq, heç düşmən də bunu etməz".

A.İmanov qeyd edib ki, Bakının memarlıq irsini qorumaq üçün ilk növbədə, insanların maarifləndirilməsinə diqqət yetirilməlidir: "Tarixi binaları sadəcə qorumaq lazımdır. Məncə, tərbiyəvi, təşviqat işləri aparmaq lazımdır. Bakı bizim evimizdir. Şəhərə çıxmaq xoşuma gəlir, gəzirsən, adama ləzzət verir. Hər şeyi çox gözəl ediblər, hər yer təmizdir. Şəhər estetik, gözəllik, memarlıq baxımından çox dəyişib. Belə bir gözəlliyi niyə korlamalıyıq ki? Tarixi binaları qorumaq insanın daxili tərbiyəsindən gəlməlidir".

Onun sözlərinə görə, bu cür hərəkətlərin məhz Nizami Kino Mərkəzinin binasında törədilməsi onun bilərəkdən edilməsi ehtimalını yaradır: "Bunu bilə-bilə edirlər, yoxsa nədir, başa düşmürəm. Mən bunu görəndə dəhşətə gəldim".

Избранный
41
far.az

1Источники