RU

Anam üçün canımdan keçərəm, evimi də SATARAM

ain.az bildirir, Milli.az portalına istinadən.

Müğənni Elçin Hüseynov aparıcı Yalçın Uğurun təqdim etdiyi verilişdə səmimi etirafları ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi "Yalçınla bir gün" verilişində şəxsi həyatından danışaraq, 2012-ci ildə atasını itirdiyini və bu acı ilə hələ də barışa bilmədiyini bildirib. O, atasının yoxluğunu hər zaman hiss etdiyini və ona dərin həsrət duyduğunu gizlətməyib.

Elçin Hüseynov eyni zamanda anasının səhhətindən söz açaraq, onun üçün əlindən gələni etdiyini vurğulayıb. Müğənni bildirib ki, anasının sağlamlığı onun üçün hər şeydən önəmlidir:

"Lazım olsa, anamın müalicəsi üçün evimi belə sataram".

Qeyd edək ki, ifaçının bu duyğusal açıqlamaları tamaşaçılar tərəfindən həssaslıqla qarşılanıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Musa

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
31
2
news.milli.az

3Источники