RU

Elektron siqaret məhsulları ilə bağlı dövlət standartı ləğv edildi

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 941:2023 "Elektron siqaret məhsulları. Ümumi texniki şərtlər" dövlət standartı ləğv edilib.

Oxu.Az xəbər verir ki, Vergi Məcəlləsində, eləcə də "Tütün və tütün məmulatı haqqında", "Reklam haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunlarda dəyişiklik edilməsi barədə 30 dekabr 2025-ci il tarixli 338-VIIQD nömrəli Qanunun tətbiqi ilə bağlı elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi 1 aprel 2026-cı il tarixindən qadağan edilib.

Bununla əlaqədar olaraq, AZS 941:2023 "Elektron siqaret məhsulları. Ümumi texniki şərtlər" dövlət standartının ləğvi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun bazasında təsis edilən "Toxum-əkin materialları, tütün və tütün məmulatları, qeyri-ənənəvi qida məhsullarının yem bitkiləri" standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 27) müzakirə edilib.

Nəticədə, AZSTAND tərəfindən sözügedən dövlət standartı Standartlaşdırma üzrə normativ sənədlərin dövlət reyestrindən və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fondundan çıxarılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
24
oxu.az

10Источники