RU

Ukrayna alternativ silah tədarükünə hazırlaşır

Xalqcebhesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Bu günə qədər ABŞ-nin Ukraynaya silah tədarükünün dayandırılması ilə bağlı siqnal daxil olmayıb, amma bunun gələcəkdə baş verə biləcəyini istisna etmək olmaz”.

Xalqcebhesi.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

ABŞ-dən silah tədarükünün dayandırılıb-dayandırılmaması ilə bağlı sualı cavablandıran Zelenski bildirib: “İndiyə silah tədarükünün dayandırıla biləcəyinə dair siqnal daxil olmayıb”.

Ukrayna dövlət başçısı bu məsələyə daha strateji yanaşmağın vacibliyini qeyd edib:

“2023-cü ildə məsələni öz əlimizdə saxlayırdıq, sonra hərbçilərimizə söylədim ki, ABŞ-dən gələn yardımın dayandırıla və ya məhdudlaşdırıla və pulsuz olmaya biləcəyinə hazır olmalıyıq. Təchizatı şaxələndirməliyik, bu və ya digər nadir silahların, mərmilərin və sair xərclərini azaltmalıyıq. Hələ o zaman dedim ki, nə vaxtsa Ukraynaya pul müqabilində belə silah verilməyəcəyinə hazırlaşmağa başlamalıyıq”.

Məryəm Quliyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
2
icma.az

3Источники