RU

İraqın hava məkanı aprelin 10-dək bağlı qalacaq

Qahirə, 3 aprel, AZƏRTAC

İraqın hava məkanının bağlanma müddəti yenidən uzadılıb.

AZƏRTAC İraq Xəbər Agentliyinə istinadla bildirir ki, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi qərar qəbul edib.

Qurumun yaydığı bəyanatda vurğulanıb ki, İraqın hava məkanı bütün uçuşlar üçün bir həftə müddətinə bağlı qalacaq. Qərar aprelin 10-u saat 12:00-dək qüvvədə olacaq. Bu addım müvəqqəti ehtiyat tədbiri kimi, eləcə də təhlükəsizlik vəziyyətinin davamlı qiymətləndirilməsi və regiondakı hadisələrin inkişafı əsasında atılıb.

Bəyanatda bildirilib ki, hər hansı yenilik aviaşirkətlər və əlaqədar təşkilatlara çatdırılacaq.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Избранный
18
8
azertag.az

10Источники