RU

Elektron siqaret qadağası - daha hansı məhsullara şamil olunur?

Bakı. Trend:

Məlum olduğu kimi, 2026-cı ilin aprelin 1-dən etibarən elektronsiqaretlərin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı,satış məqsədilə saxlanılması və istifadəsi qadağan olunur. Bununlaəlaqədar müvafiq cərimələr də müəyyənləşib, belə ki, Milli Məclisİnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunlayihəsini də üçüncü oxunuşda qəbul edib.

Trend xəbər verirki, qanun layihəsinə əsasən, elektron siqaretlərin və onlarınkomponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndəsatışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanınbilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 650manatdan 2 200 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan5000 manatadək məbləğdə cərimə ediləcək. Bundan əlavə, elektronsiqaretlərdən ictimai yerlərdə istifadə edənlər 30 manat cəriməediləcəklər.

Bəs elektron siqaretlərə tətbiq edilən qadağaalışdırılmadan nəfəsə çəkilən IQOS kimi digər nikotin və tütünməhsullarına da şamil edilirmi?

Mövzu ilə bağlı Azərbaycanda nikotin məhsullarının satışı iləməşğul olan “Tabar” mağazalar şəbəkəsinin satış üzrə direktoruTural Hacızadə Musavat.com-a bildirib ki, qızdırılan tütünməmulatları ilə elektron siqaretlər tamamilə fərqlikateqoriyalardır və qadağa yalnız elektron siqaretlərə aiddir:“Tütün və tütün məmulatı haqqında qanuna edilən müvafiqdəyişikliklərə görə qızdırılan tütün məmulatları və elektronsiqaretlər iki fərqli kateqoriya kimi müəyyən edilmiş və qadağanınyalnız elektron siqaretlərə aid olduğu açıq şəkildə qeydedilib”.

Qeyd edək ki, elektron siqaretlərin və qızdırılan tütünməmulatlarının tərkibi də fərqlidir. Elektron siqaretlər tərkibindənikotin olan və ya olmayan mayenin qızdırılması nəticəsində əmələgələn buxarın nəfəslə çəkilməsi ilə istehlak olunur. Qızdırılantütün məmulatları isə həqiqi tütünü, yəni tütün çubuğunu qızdıraraqaerozol əmələ gətirir.

Məqalədə:
Избранный
16
6
az.trend.az

6Источники