RU

SEPAH kəşfiyyat generalının ölümünü etiraf etdi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Kəşfiyyatı Komandanının müavini öldürülüb.

"Unikal" xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb. 

Briqada generalı Behnam Rezai SEPAH-ın Hərbi Dəniz Kəşfiyyatının komandanı Əlirza Təngsiri ilə birlikdə öldürülüb.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri Behnam Rezainin öldürüldüyünü 26 mart tarixində açıqlayıb. 

Ağarza Elçinoğlu

Избранный
69
31
unikal.az

10Источники