İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, Hörmüz boğazı ərazisində ABŞ-yə məxsus qırıcı təyyarə vurulub.
“Unikal" xəbər verir ki, bu barədə ISNA agentliyi SEPAH-a istinadən xəbər yayıb. Bildirilib ki, “düşmənin qabaqcıl qırıcısı” Qeşm adası yaxınlığında məhv edilib.
Açıqlamada qeyd olunub ki, təyyarə Qeşm və Henqam adası arasındakı su hövzəsinə düşərək batıb.
SEPAH həmçinin vurğulayıb ki, İranın hava hücumundan müdafiə sistemi hələ də aktivdir və ABŞ ilə İsrailin mümkün hücumlarının qarşısını almağa qadirdir.