Rusiyanın Müdafiə Nazirliyi Ukrayna ilə apardığı müharibədəki itkilərin həftəlik icmalını yayımlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə TASS quruma istinadla məlumat yayıb.
Rusiya MN-nin keçirdiyi brifinqdən əsas məqamlar:
- Rusiya hava hücumundan müdafiə sistemləri bu həftə Ukrayna Silahlı Qüvvələrinin üç uzun mənzilli “Neptun” raketini və 2354 sabit qanadlı PUA-nı vurub;
- Qara Dəniz Donanması qüvvələri bu həftə Ukrayna Silahlı Qüvvələrinin pilotsuz qayığını və muxtar sualtı vasitəsini məhv edib;
- Ukrayna Silahlı Qüvvələri döyüş bölgəsində təxminən 8840 hərbçi itirib;
- Ukrayna Silahlı Qüvvələri Cənub Qüvvə Qrupunun məsuliyyət zonasında 1155-dən çox hərbçi itirib;
- Ukrayna Silahlı Qüvvələri bir həftə ərzində Mərkəz Qüvvə Qrupunun məsuliyyət zonasında 2500-dən çox hərbçi itirib;
- Ukrayna Silahlı Qüvvələri Şimal Qüvvə Qrupunun məsuliyyət zonasında 1535-dən çox hərbçi itirib;
- Ukrayna Silahlı Qüvvələri son bir həftə ərzində "Qərb" qüvvələr qrupunun məsuliyyət zonasında 1250-dən çox əsgər və iki tank itirib;
- Ukrayna Silahlı Qüvvələri son bir həftə ərzində "Dnepr" qüvvələr qrupunun məsuliyyət zonasında təxminən 400 əsgər itirib;
- Ukrayna Silahlı Qüvvələri son bir həftə ərzində "Şərq" qüvvələr qrupunun məsuliyyət zonasında 1960-dan çox əsgər itirib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта